Bakı Dövlət Universitetinin rektoru (BDU) Elçin Babayev Türkiyə Respublikasının Yunus Əmrə İnstitutunun vitse-prezidenti Yalçın Kutalmış və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla görüşüb. BDU-nun rektoru Elçin Babayev görüşdə Universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışıb. Rektor qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil istiqamətində də yüksək səviyyədə olduğunu qeyd edib. Yalçın Kutalmış iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın və elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.