HÜMBƏT QULİYEV:
"Qəhrəmanlıqlarımız" haqqında (esse)
Demək olar ki, hər bir insanın dost və tanışlarla söhbəti zamanı özü haqqında danışdığı hazır "qəhrəmanlıq" hekayəsi olur. Adətən, bir və ya bir neçə hekayə. Məğz də odur ki, keçmişdə, kritik situasiyada o nə dedi və nə etdi. Təbii ki, sonda o günahkarı cəzalandırır və ədaləti tam bərqərar edir…
Çox vaxt, belə hadisələr reallıqda ya olmamış, ya da olmuş kiçik epizod şişirdilir.
Ən maraqlısı da odur ki, illərlə danışılan belə hadisələrin real olduğuna insan özü də sidq ürəkdən inanır. O, özlüyündə tam əmindir ki, uydurduğu şəraitə düşsəydi özünü məhz elə aparardı.
Seçilmiş, qəhrəman kimi görünmək istəyi insanlara xas xüsusiyyətdir.
Bunun ən gözəl bədii nümunəsi baron Münhauzendir. Hə, öz saçından tutub, özünü bataqlıqdan çıxaran Münhauzen.
Milli ədəbiyyatımızda da buna oxşar nümunələr kifayət qədərdir.
Reallığımızda da bu janr yaxşı inkişaf edib. Siz TV-lərdən bunun gündəlik izləyicisiniz.
Seçkiqabağı bu hallar epidemiya şəklini alır.
Münhauzenlik bu və ya digər dərəcədə hamıya xasdır.
Bu yaxşıdır ya pis? Bu çox yaxşıdır, çünki “hekayəsini" danışan, ona qulaq asanların diqqətindən cuşa gəlir, onun beynində "sevinc" hormonları ifraz olunur və o xoşhallanır. Bu hormonlar insanın bütün daxili orqanlarına müsbət təsir göstərir.
Dostlar, bir-birimizin "qəhrəmanlıq hekayələrinə" qulaq asanda tənqid hissimizi kənara qoyaq. Axı bizə də növbə çatacaq, axı bizim də onunkundan da maraqlı
"qəhrəmanlıqlarimiz" var…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.