FUTBOL
----------------------------
Zidan xərçəngli uşaqlar üçün hospis tikən xeyriyyə təşkilatının sponsoru olub
Zinəddin Zidan xeyriyyə tədbirində çıxış edərkən göz yaşlarına boğuldu.
Keçmiş fransalı futbolçu və "Real Madrid"in keçmiş baş məşqçisi xərçəngli uşaqlar üçün hospisin tikilməsi planlaşdırılan İstresə baş çəkib. Layihə övladlarının ölümü ilə üzləşən valideynlərə dəstək məqsədi ilə Le Point Rose xeyriyyə təşkilatı tərəfindən təsis edilib. Zidan təşkilatın sponsoru oldu.
Layihə valideynlərin uşaqları ilə "son xoşbəxt günlərini" keçirmələrini və itkidən sonra mənəvi cəhətdən sağalmalarını təmin etmək məqsədi daşıyır.
Zidan çıxışı zamanı göz yaşlarına boğuldu: “Layihənizə sponsorluq edə bildiyim üçün fəxr edirəm. Cənab mer, siz fəxrlə bütün bu ailələr üçün müstəsna bir şey vəd edə bilərsiniz.
Uşağı itirmək baş verə biləcək ən pis şeydir, hamımız bununla razılaşırıq. Valideynlərim bundan sağ çıxdı və bunun nə qədər çətin olduğunu bilirəm "dedi keçmiş futbolçu.
Zidanın qardaşı Fərid uzun sürən xəstəlikdən sonra 2019-cu ildə vəfat edib. Onun 44 yaşı var idi.
Hospisin tikintisinə başlanması 2023-cü ilin sonuna, işlərin tamamlanması 2025-ci ilə nəzərdə tutulub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.