QILINCOYNATMA
---------------------
Səbinə Kərimova Avropa çempionatında 5-ci olub
Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında keçirilən fərdi Avropa çempionatı başa çatıb. Təəssüflər olsun ki, bu yarışa qatılan 4 təmsilçimizdən heç biri mükafatçılar arasında yer ala bilməyib. Təmsilçilərimiz arasında nisbətən yaxşı nəticəni Səbinə Kərimova (Mikina) göstərib. Qeyd edək ki, qrup mərhələsini uğurla başa vuran (5 qələbə) Səbinə Kərimova ilk pley-off görüşündə rumın Sabina Martisi 15:14 hesabı ilə məğlub edib. Səbinə ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Sesilia Berderlə qarşılaşıb və onu 15:10 hesabla məğlub edib. Bu qələbədən sonra qitənin ən güclü 8 qadın sablyaçısı sırasına yüksələn Kərimova yarımfinalın bir addımlığında (1\4 final) italyan Martina Criscio ilə üz-üzə gəlb. Həmin görüşdə isə Kərimova rəqibinə 11:15 hesabı ilə uduzaraq yekun sıralamada 5-ci olub.
Digər təmsilçilərimiz gəlincə, ötən il Avropa çempionu adını qazanan yığmamızın lideri Anna Başta qrup mərhələsini uğurla keçsə də, 1\16 finalda mübarizəni dayandırıb.
Qrup mərhələsində 3 qələbə qazanan milli komandamızın digər üzvü Palina Kaspiaroviç pley-offda keçirdiyi ilk görüşdə macar Anna Martona 15:11 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlsə də 1\8 finalda büdrəyib. Yığma komandamızın digər üzvü Valeriya Bolşakova isə qrup mərhələsini adlaya bilməyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.