GÜLƏŞ
-----------------------------------
Sərbəst güləş üzrə U-17 yığmamız 7 medalla Avropada birinci, xallara görəsə ikinci olub
İyunun 12-də Tiranada (Albaniya) 17 yaşlı (U-17) oğlan və qızlar arasında yunan-Romaçıların çixışı ilə startı verilən güləş üzrə Avropa çempionatına sərbəst güləşçilər yekun vurublar. Qeyd edək ki, çempionatın son 3 günündə (16-18 iyun) mübarizyə qatılan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si uğurla çıxış edədərk mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan 4-ü qızıl, 3-ü isə bürünc əyarlı olub. Yığmamız medalların sayına və əyarına görə komanda hesabında birinci olub. Bu göstəricidə yığmamızın ən yaxın izləyicisi olan gürcütan yarışı 2 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.
Xal hesabında isə yığmamız 155 xalla ikinci yeri tutub.
Xatırladaq ki, komandamızın heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) triosu isə üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.
Azərbaycan ümumi komanda hesabında isə 14 (5-1-8) medal qazanıb. Bunlardan 1 qızıl, 5 bürünc yunan-Romaçıların, 1 gümüş qızların, qalan 7-si (4-0-3) isə sərbəst güləşçilərin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.