GÜLƏŞ
-------------------------
Kərimovla Dursunov Avropa çempionudur
Tiranada (Albaniya) 17 yaşlı (U-17) oğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa çempionatı artıq finişə yaxınlaşıb. Çempionatın son günləri meydan sərbəst güləşçilərin ixtiyarına verilib. Xatırladaq ki, dünən döşək üzərinə çıxan son beş güləşçimizdən Cəfər Cəfərovla (45 kq) Camal Abbasov (60 kq) daha uğurla çıxış edərək finala yüksəlib. Digər 3 güləşçimiz - Ceyhun Əlizadə (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayevsə (92 kq) təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəyə qatılıb. Adıçəkilən güləşçilərimiz bu gün medallar uğrunda son həlledici görüşlərini keçirəcəklər.
Dünən isə 3 təmsilçimiz çıxışını mükafatçılar arasında bitirib. Onlardan Hacı Kərimovla (55 kq) Yusif Dursunov (110 kq) finalı da qələbə ilə başa vuraraq, Avropa çempionu adını qazanıb və sərbəst güləş üzrə yığmamızın aktivinə iki qızıl medal qazdırıblar. 65 kq-da mübarizə aparan Mirzağa Axundovsa çıxışını 3-cü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Bununla da Azərbaycanın aktivindəki medalların sayı 10-a (3-1-6) çatıb. Bunlardan 1 qızıl və 5 bürünc yunan-Romaçıların, 1 gümüş qızların, 2 qızıl və 1 bürünc isə sərbəst güləşçilərin payına düşür. Bu gün sərbəst güləşçilərimiz bu sayı bir qədər də artıracaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.