GÜLƏŞ
----------------------------------
Günün beşliyindən ikisi AÇ-nın yarımfinalına yüksəlib
Cəfər Cəfərov isə yarımfinala gedən yolda ermənini üstələyib
Tiranada (Albaniya) 17 yaşlı (U-17) oğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa çempionatı sərbəst güləşçilərin yarışı ilə davam edir. Çempionatın beşinci günü olan bu gün son 5 güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da ikisi daha uğurla çıxış edərək yarımfinala yüksəlib. Bu cütlükdən Cəfər Cəfərov (45 kq) yarmfina qədər türkiyəli Əbubəkir Qyuru, ardından erməni Armen Papikyanı təmiz məğlub edib. Yarımfinala yüksələn digər güləşçimiz Camal Abbasov (60 kq) isə 1\4 finaldan mübarizəyə başlayıb və yunanıstanlı Flipos Psoması üstələyərək yarımfinala yüksəlib. Təəssüflər olsun ki, bu gün mübarizəyə qatılan beşliyiçizdən İsmayıl Rəhimli (71 kq), Səid Paşayev (92 kq) və Ceyhun Əlizadə (51 kq) isə mübarizəni dayandırıb.
Yeri gəlmişkən, dünən mübarizəyə qatılan beşliyimizdən isə Hacı Kərimovla (55 kq) Yusif Dursunov (110 kq) finala yüksələrək ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Hər iki güləşçimiz bu gün axşam saatlarında final (çempionluq) görüşünə çıxacaq. Mirzağa Axundovsa (65 kq) bu gün bürünc medal qazanmağa çalışacaq.
Xatırladaq ki, bu günə qədər Azərbaycan yığması 1-i qızıl, 1-i gümüş və 5-i bürünc əyarlı olmaqla 7 medal qazanıb ki, bunlardan da gümüş qızlardan ibarət yığmanlın, qalanı isə klassiklərin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.