GÜLƏŞ
---------------------------------
Son beşliyimiz mübarizəyə qatılıb
Kərimovla Dursunovsa final qarşılaşmasını gözləyir
Albaniyanın paytaxtı Tiranada 17 yaşlı (U-17) qğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Dünən qızların yarışı başa çatandan sonra sərbəst güləışçilər mübarizəyə qatılıblar. Çempionatın bu günə təsadüf edən beşinci günü isə daha 5 güləşçimiz döşək üzərinə çıxıb. Son beşliyimizdə Cəfər Cəfərov (45 kq), Ceyhun Əlizadə (51 kq), Camal Abbasov (60 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) cəmləşib.
yeri gəlmişkən, dünən mübarizəyə qatılan beşliyimizdən isə Hacı Kərimovla (55 kq) Yusif Dursunov (110 kq) finala yüksələrək ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Hər iki güləşçimiz bu gün axşam saatlarında final (çempionluq) görüşünə çıxacaq. Mirzağa Axundovsa (65 kq) bu gün bürünc medal qazanmağa çalışacaq.
Xatırladaq ki, bu günə qədər Azərbaycan yığması 1-i qızıl, 1-i gümüş və 5-i bürünc əyarlı olmaqla 7 medal qazanıb ki, bunlardan da gümüş qızlardan ibarət yığmanlın, qalanı isə klassiklərin payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.