FUTBOL
--------------------------
Bu gün Avropada futbol bayramı olacaq
Bayrama qatılan Azərbaycan millisi azarkeşlərini sevindirə biləcəkmi?
Bu gün futbol üzrə Avropa çempionatının (Avro-2024) seçmə qrup oyunları çərçivəsində 3-cü turun oyunları keçiriləcək. Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan komandası hesabat turunda doğma divarlar arasında Estoniya millisini qəbul edəcək. Saat 20:00-da "Dalğa Arena"da başlanacaq oynu çexiyalı referi Ondrjey Berka idarə edəcək. Xatırladaq ki, ilk iki oyundan sonra Azərbaycan yer aldığı qrupda sıfır xalla sonuncudur. Komanda iki oyunda öz qapısından buraxdığı 9 qola yalnız 1 qolla cavab verə bilib. Avstriyaya 1:4 hesabla uduzan yığmamız İsveçə isə 5:0 hesabla məğlub olub. Hər ikisi darmadağın hesablı nəticədir. Rəqib komandaya gəlincə, bir oyundan sonra sıfır xalla millimizi qabaqlayan Estoniya isə buraxdığı 2 qola bir qolla vavab verib. Azərbaycanın ev sahibi olduğunu nəzərə almasaqŞ matçın favoriti Estoniyadır. İtaliyal baş məşqçi Canni De Byazi Estoniyaya qarşı oyunda meydana buraxacağı təxmini heyət belədir:
Şahruddin Maqomedəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Xocat Haqverdi, Elvin Cəfərquliyev, Elvin Camalov, Emin Mahmudov, Aleksey İsayev, Mahir Əmrəli, Ramil Şeydayev və Renat Dadaşov.
Yığmamızın baş məşqçisi dünən keçirdiyi mətbuat konfransında Estoniya ilə oyunda ilk 3 xalı qazanmaq üçün hər edəcəklərini deyib. Gözləyək. Görək Canni De Byazi vədinə nə qədər düz çıxacaq.
Yığmamızın yer aldığı F qrupunda vəziyyət belədir: .
Коmanda | O | Q | H | M | T\F | x |
Аvstriya | 2 | 2 | 0 | 0 | 6-2 | 6 |
Belçika | 1 | 1 | 0 | 0 | 3-0 | 3 |
İsveç | 2 | 1 | 0 | 1 | 5-3 | 3 |
Estoniya | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
Аzərbaycan | 2 | 0 | 0 | 2 | 1-9 | 0 |
Bu gün yığmamızın yer aldığı qrupda baş tutacaq daha bir oyunda Belçika Avstriyanı qəbul edəcək.
Bu gün ümumiyyətlə Avropada futbol bayramı olacaq. Günün qarşlaşan cütləri belədir:
Portuqaliya - Bosniya və Hersoqoviba. 21:45. "Eştadiu da Luş".
Lüksemburq - Lixtenşteyn. 16:00. "Stade de Luxembourq",
Litva - Bolqarıstan. 16:00. "Stadion Daryusa və Qrenasa",
Norveç - Şotlandiya. 19:00. "Ullevol",
Çernoqriya - Macarıstan. 10:00. "Qoritso"
Kipr - Gürcüstan. 21:45. "AEK Arena",
Albaniya - Moldova. 21:45. "Arena Kombetare",
Farer adaları - Çexiya . 21:45. "Torsvellur",
İslandiya - Slovakiya. 21:45. "Lauqardalsveller".
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.