Masallıda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib
Masallıda 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirilib.
Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramiz oğlu peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, nəcib peşə sahiblərinə çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
Çıxışlarda 17 iyun gününün Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsinin əhəmiyyətindən, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışılıb, ölkə səhiyyəsinin inkişafı yönümündə aparılan islahatlar vətəndaşların sağlamlığına yüksək səviyyəli xidmətin bariz nümunəsi kimi dəyərləndirilib.
Tədbirin sonunda rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Fəxri Fərmanla təltif olunub.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.