CÜDO
-------------------------
8 cüdoçumuzdan 5-i Böyük Dəbilqəyə qələbəylə başlayıb
Bu gün Qazaxıstanın Astana şəhərində kişi və qadın cüdoçular arasında Böyük Dəbilqə tyurnirinə start verilib. Start günü çəkisi 60 və 66 kq olan kişilər və eləcə də 48 və 52 kq-da mübarizə aparan tatami ustaları mübarizəyə qatılıblar. Qeyd edək ki, Azərbaycan cüdoçularını da qatıldığı bu lisenziya və reytinq xarakterli turnirin ilk günü 8 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da 5-i ilk görüşünü qələbə ilə başa vuraraq növbəti mərhələyə adlayıb . Mərhələ aşan cüdoçularımızdan Kənan İsmayılov (60 kq) ilk görüşünü Aybek Omirovdan (Türkiyə), Nazir Talıbov portuqaliyalı Fransisko Mendeşdən, Kəramət Hüseynov (66 kq) Nurəli Emaməlidən (Tacikistan), Kamran Süleymanovsa (66 kq) digər tacikistanlı Odibjon Cebovdan güclü olub.
Qadınlarımıza gəlincə, Leyla Əliyeva (48 kq) startda qazaxıstanlı Nuralim Sersenbekə qalib gələrək adını 1\4 finala yazdırıb.Həmnin çəkidə güləşən Ramilə Əliyeva isə çinli Şixua Xanla bacarmayıb. 52 kq-da güləşən və birinci mərhələdən azad olan cüdoçumuz Gültac Məmmədəliyeva ilk görüşünü hələ keçirməyib. O, Tolqana Abeyova (Qazaxıstan) - Ariana Toro (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq. 52 kq çəki dərəcəsində çıxış edən digər təmsilçimiz - Aydan Vəliyeva isə start görüşündə yaponiyalı Rioko Takeda ilə bacarmayıb və bununla da turnirlə erkən vidalaşıb.
Sabah isə çəkisi 73 və 81 kq olan kişilər, eləcə də 57 və 63 kq-da qadınlar tatamiyə çıxacaqlar. Azərbaycan sabah qadınların yarışında təmsil olunmayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.