HÜMBƏT QULİYEV:
Özümüz haqqında (esse)
Alimlər praktik olaraq sübut etdilər ki, insanın istənilən hüceyrəsindən, insanın istənilən orqanını yaratmaq olar. Məsələn tük hüceyrəsindən bütün insanı düzəltmək olar.
Bu o deməkdir ki, insanın hər bir hüceyrəsində bütün insan haqqında məlumat yazılıb. Çox maraqlıdır, o yazı elə yazılıb ki, sağdan sola, soldan sağa, yuxarıdan aşağı, aşağıdan yuxarı və s. eyni cür oxunur.
Alimlər artıq düşünürlər ki,qalıqları tapılmış, lakin yer üzündə olmayan heyvanları yaratsınlar.
Bu da sübut olunub ki, uşaq anadan olanda artıq bütün dünya dillərini bilir, hətta ölüb- getmiş dilləri belə!
Uşaq, sadəcə, biz onunla danışdığımız dildə bizimlə danışır.
Deyilənlərə əsaslanıb mülahizə yürüdürəm ki, indiyə qədər yaşamış insanların hamısı içimizdədir.
Hər birimizin içində Nizami də, Füzuli də, Kopernik də, Şah İsmayıl da yaşayır. Hər birimiz içərisində, başqa sözlə, bütün bəşər yaşayır. Dinimiz də elə belə demir ki; insan öldü, bəşər öldü.
Eyni zamanda cəlladlar və satqınlar da içimizdə yaşamaqdadırlar.
Hamısı da içimizdə bizə yol göstərməyə hazırdırlar, bizim onlara müraciətimizi gözləyirlər.
İçimizdəkilərdən kimə qulaq asmaq istəyimiz isə, yalnız özümüzdən asılıdır. Elmi seçən kimi, alimlər içimizdə səfərbər olur, yazmaq istəyiriksə, ədiblər sıraya düzülür. Satqınlıq, əclaflıq etmək istəyiriksə, satqınlar və əclaflar ordusu əmrə müntəzirdirlər.
Bu həyatı başa vurandan sonra sadaladıqlarımın içində bizim də yerimiz müəyyənləşdiriləcək. Hə, indidən seçimimizi edək.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.