CÜDO
---------------------------------
Azərbaycan cüdoçuları Qazaxıstanda Böyük Dəbilqəya qatılacaqlar
16-18 iyun günlərində Astanada (Qazaxıstan) kişi və qadın çüdoçular arasında reytinq xarakterli və lisenziya təsnifatlı Böyük Dəbilqə" turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbayc idmanşıları da medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirə dördü qadın olmaqla 17 tatami ustası ilə qatılacaq. Böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında bəlli turnirə qatılacaq Azərbaycan millisinin heyətində kişilərdən Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq), qadınlardansa Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) yer alıb. Turnirdə 42 ölkəni təmsil edən 334 (190 kişi, 144 qadın) cüdoçu mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.