GÜLƏŞ
----------------------------
AÇ-da qızların uğursuz günü
Ruzanna Məmmədovanısa final qarşılaşması gözləyir
Albaniyanın paytaxtı Tiranada 17 yaşlı (U-17) oğlan və qızlar arasında keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən 4-cü günü zərif cinsdən olan daha 3 təmsilçimiz - Əsra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) mübarizəyə qatılıb. Təəssüflər olsun ki, adıçəkilən təımsilçilərimizin üçü də elə start görüşündəcə məğlubiyyətlə üzləşərək, çempionatla erkən vidalaşıb.
Xatırladaq ki, dünən mübarizəyə qatılan iki təmsilçimizdən biri - finala yüksələn Ruzanna Məmmədova (57 kq) isə bu gün axşam saatlarında çempionluq uğrunda həlledici görüşünü keçirəcək. O, finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.
Xatırladaq ki, qızlardan öncə yunan-Romaçılar mübarizə aparıblar və onlar biri qızıl, beşi bürünc əyarlı olmaqla 6 medal qazanıblar.
Sabahdan isə sərbəst güləşçilər meydana çıxacaqlar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.