AĞIRLIQQALDIRMA
-----------------------------
Atletimiz Ömər Cavadov Qran-Pridə çıxışını 6-cı yerdə başa vurub
İyun 8-də Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri yarışına start verilib. İyunun 18-dək davam edəcək bu Qran-Priyə Azərbaycan atletləri də qatılıblar. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məluma görə turnirə qatılan 3 təmsilçimizdən biri - Ömər Cavadov (73 kq) artıq mübarizyə qatılıb. Qeyd edək ki, birdən qaldırmada 144 kq çəkini ram edən Ömər təkanla qaldırmada isə 167 kq ağırlığı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində toplam 311 kq nəticə göstərən atletimiz bu göstərici ilə turnirdə 6-cı yeri tutub.
Xatırladaq ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli bu turnirdə 72 ölkəni təmsil edən 272 idmançı mübarizyə qatılıb.
Növbəti günlərdə isə daha iki təmsilçimiz Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi - 102 kq) körpücük üzərinə çıxaraq, öz gücünü nümayiş etdirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.