BOKS. Avropa Oyunları-2023
-----------------------------------
Avropa Oyunlarında hansı boksçularımız rinqə çıxacaqlar?
20 iyun 2 iyul aralığında Krakovda (Polşa) keçiriləcək 3-cü Avropa Oyunlarında ölkəmizi boks yarışlarında təmsil edəcək komandaların (kişi və qadın) heyəti müəyyənləşib. Kişilərin turnirində ölkəmizi Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq). Sərxan Əliyev 971 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Maqomed Abdullayev (+92 kq), qadınlar arasında isə Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinq döyüşünə çıxacaq.
Xatırladaq ki, hazırda kişilərdən ibarət komandamız baş məşqçi Pedro Roke və məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Oyunlara son hazırlıq mərhələsini keçir. Son təlim-məşq toplanışına iyunun 2-də İtaliyanın Assizi şəhərində start verilib. Boksçularımız burada İtaliya. Avstriya.,Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Hollandiya, Estoniya, Finlandiya və Slovakiya boksçuları ilə birgə məşq edir və sparrinqlərdə özlərini sınayırlar. İtaliya toplantısı iyunun 16-da başa çatacaq.
Baş məşqçisi Yadigar Məmmədov, məşqçisi İlkin Ağayev olan qadın yığmamız isə son TMT prosesini Türkiyənin Kastamonu şəhərində davam etdirir. Qadın boksçularımız burada ev sahibi olan Türkiyə ilə yanaşı, həm də Cənubi Koreya boksçuları ilə birgə məşq edirllər.Qadın yığmamız da iyunun 16-da Bakıya dönəcək. Krakovda boks yarışları iyunun 23-dən iyulun 2-dək davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.