BƏYBALA MİRZƏYEV:
Sayımız nə üçün bu qədər vacibdir?
Və yaxud, Ərdoğan nəyə görə Azərbaycanda hər ailədə 5 uşaq olmasını arzu edir?
Bugünlərdə Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında olduqca ilginc bir məqama toxundu. O, hər iki ölkənin əhalisinin sayca artımının önəmini xüsusi olaraq vurğuladı.
Ərdoğandan sitat:
"İndi önümüzdə atılacaq addımlar var. Bu addımlar da uğurla atıldıqca Azərbaycan daha da uğurla irəli gedəcək. Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir. Türkiyə-Azərbaycan qardaş dövlətlər kimi gələcəkdə birlikdə inkişaf edəcək. İnşallah, Türkiyə-Azərbaycan qardaşlığını çox fərqli yerlərə daşıyacağıq”.
Ərdoğanın bu açıqlaması nədənsə, diqqətdən yayındı. Ancaq bu olduqca strateji məsələdir.
İndi bir sıra ölkələr demoqrafik artım, say çoxluğu məsələsində bir-birilərilə az qala yarışa giriblər. Bu ölkələrin başında təbii ki, Çin, Hindistan, Braziliya, İndoneziya və s. kimi ölkələr gəlir.
Çin və Hindistan hətta yaxın perspektivdə əhali sayının 2 milyarda çatdırılmasını hədəfləyib. Hərçənd ki, onlar belə bir planlarının olduğunu açıq şəkildə bəyan etmirlər. Əksinə, yalandan deyirlər ki, guya, əhalinin sayının azaldılması istiqamətində tədbirlər görür, proqramlar həyata keçirirlər.
İran, Rusiya, Misir, İsrail kimi ölkələr də hazırda əhali sayının maksimuma çatdırılması estafetinə qoşulublar.
Avropa ölkələrində isə sözün əsl mənasında xalqların qocalması və demoqrafik böhran prosesi yaşanır. Sosioloqlar və demoqraflar bunu "millətlərin ölümü" kimi də dəyərləndirirlər. Çünki hazırda Belçikadan tutmuş Fransaya qədər, Aİ ölkələrinin bir çoxunda əhali sayında heç bir artım müşahidə olunmur. Əksinə, artım əvəzinə, azalma tendensiyası baş verir.
Bizim bölgəmizdə - Cənubi Qafqazda isə gürcülər və ermənilər eyni problemlə üzləşirlər. Ermənilərin sayı daha sürətlə azalır. Erməni ekspertlər bununla bağlı SOS siqnalı versələr də, lakin Ermənistan hökuməti hayların sayının süni surətdə artımına nail olmaq üçün heç bir resursa malik deyil.
Azərbaycanda isə əhali sayında hər il cüzi də olsa artım müşahidə olunmaqdadır. Hazırda əhalimizin sayı 10. 135 373 nəfərdir. Bu, 2023-cü il mart ayının 1-nə qədər olan statistikadır.
Ərdoğanın proqnozları ilə yanaşsaq, yaxın 10 il ərzində Türkiyə əhalisinin sayı 100 milyona, Azərbaycan əhalisinin sayı isə 15 milyona çatmalıdır.
Bu mümkündürmü?
Bəli, prinsipcə mümkündür. Və həm də vacibdir.
Əhalisinin sayı çox olan ölkələr bu amildən geosiyasi və geoiqtisadi təzyiq vasitəsi kimi, psixoloji təsir rıçağı kimi istifadə edirlər. Əhali sayının çoxluğu "yumşaq güc" deməkdir.
Say çoxluğu həm də özünüqoruma vasitəsidir, düşmən ölkələrin hesablaşdığı faktordur.
Bu barədə geniş müzakirələr aparmağa dəyər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.