GÜLƏŞ
-----------------------------
Yeniyetmə güləşçilərimiz Avropa Çempionatında medal hesabını 4 bürünclə açıblar
İki gün öncə Albaniyanın paytaxtı Tiranada 17 yaşlı (U-17) güləşçilər arasında yunan-Romaçıların (klassiklər) çıxışı ilə startı verilən Avropa çempionatı davam edir. Qeyd edək ki, çempionatın start günü mübarizəyə qatılan 5 güləşçimizdən 4-ü daha uğurla çıxış edərək bürünc medal qazanıb. Bununla da Azərbaycan yığması AÇ-da medal hesabını 4 bürünclə açıb. Medalları yığmamızın aktivinə Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq), Elman Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) yazdırıb.
Çempionatın ikinci günü mübarizyə qatılan digər beşliyimiz də uğurla çıxış edib. Onlardan Turan Daşdəmirov (45 kq) bütün görüşlərini qələbə ilə bitirərək finala yüksəlib və çempionluq uğrunda mqbarizə aparmaq imkanı qazanıb. Əli Seyidli (51 kq) finala çıxışda büdrəyərək bürünc medal uğrunda güləşməklə kifayətlənib. Nurlan İbadzadə (60 kq) və Mikayıl İsmayılov (92 kq) da təsəlliverici görüşləri uğurla keçərək bürünc medal uğrunda güləşmək imkanı qazanıb. Bütün bu adı çəkilən güləşmilərimiz bu gün axşam saatlarında medal uğrunda görüşlərinə çıxacaqlar.
Yeri gəlmişkən, bu gün zərif cinsdən olan 5 güləşçiz də mübarizəyə qatılıb. Bu çeşlikdə Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq). Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (53 kq) və Günay Qurbanova (61 kq) yer alıb.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.