FUTBOL
------------------------
Ronaldo çempionatının ən bahalı oyunçusu statusunu itirib
Portuqaliyalı futbolçu, “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonun transfer qiyməti 15 milyon avroya düşüb.
Belə məlumatları Səudiyyə Ərəbistanı Pro Liqası oyunçularının qiymətində son dəyişiklikləri dərc edən ixtisaslaşdırılmış Transfermarkt portalı təqdim edir.
38 yaşlı Ronaldo çempionatın ən bahalı oyunçusu statusunu qoruyub saxlasa da, hazırda komanda yoldaşı braziliyalı Taliska ilə dəyərinə görə birinci yeri bölüşür. Son reytinq dərc edildikdən sonra Kriştiano 5 milyon avro ucuzlaşaraq qiymət itirdi, Taliska isə 1 milyon avro bahalaşıb.
Xatırladaq ki, Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hücumçunun Səudiyyə klubunda maaşı mövsümə 200 milyon avro təşkil edir, müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.