OLİMPİZMA
--------------------------
İyunun 12-də dünyanın idman qəzetlərinin üz səhifəsini nələr bəzəyib?
Dünyanın tanınmış idman qəzetləri bazarertəsi günü işıq üzü görən saylarının üz qabığını həftəsonu baş tutan mühüm idman yarışlarının qəhrəmanları ilə bəzəyiblər. "Obloşka"da əsas yer bazar günü Fransanın paytaxtı Parisdə baş tutan tennis üzrə "Rolan Qarros"un ("Böyük Dəbilqə" seriyası) final oyununun qəhrəmanı olmuş serbiyalı raketka ustası Novak Cokoviçin və eləcə də bazar axşamı İstanbulda (Türkiyə) təşkil edilən UEFA Çempionlar Liqasının həlledici final matçında "İnter"i (İtaliya) minimum hesabla (1:0) məğlub edərək ilk dəfə turnirin qalibi adını qazanan "Mançester Siti" (İngiltərə) klubuna verilib.
"Marca"
Cokoviç yenə də zirvədə. Paris qələbəsi ilə Cokoviç "Böyük Dəbilqə" seriyasında sayı 23-ə çatdırmaqla Rafael Nadalı geridə qoyub.
Qəzetin üz səhifəsində "Yenə də? Bəli, yenə də" başlığı altında dərc edilən yazıda isə "Sevilya" klubunun prezidenti klubun Avropa Liqasındakı mğvqeyini analaz etməsi yer alıb
"Diario AS"
Möhtəşəm!!! Cokoviç karyerasında 23-cü "Böyük Dəbilqə"ni udmaqla həm Nadalı qabaqlayıb, həm də reytinq cədvəlində 1-ci pilləyə yüksəlməklə yenidən dünyanın bir nömrəlisinə çevrilib. Serbiyalı tenisçi "Rolan Qarros"un finalında Ruudu məğlub edib - 7:6, 6:3, 7:5. Cokoviç indi "Böyük Dəbilqə" sayına görə yalnız Marqaret Kortdan (24) geri qalır.
"L'Equipe"
"Yerdən Aya qədər" başlığı da Cokoviçə həsr edilib
"Manchester Evening News"
Avropanın Kralı. Bu yazı isə UEFA Çempionlar Liqasını qazanan "Mançester Siti" (İngiltərə) klubuna həsr olunub.
"Mirror Sport"
Burada da uz qabığını "Mançester Siti" klubu və tenisci Novak Cokoviçin fotosu bəzəyir
"Daily Express Sport"
"Bu ancaq başlanğıcdır" yazısı isə vurduğu yeganə qolla ÇL-nın final matçının taleyini həll edən Rodri Ernandesə həsr olunub. Rodri bildirib ki, "MS" İstanbuldaı qələbəsini uzun illər davam etdirə bilər.
HAZIRLADI: İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.