FUTBOL
---------------------
Pep Qvardiola 2025-ci ilədək "Mançester Siti"də qalmağı planlaşdırır
Bir gün öncə İstanbulda (Türkiyə) İtaliyanın "İnter"ni 160 hesabla məğlub edərək Avropanın ən yüksək səviyyəli klub turniri olan UEFA Çempionlar Liqasının qalibi adını qazanan "Mançester Siti" (İngiltərə) klubunun ispaniyalı baş məşqçisi Pep Qvardiola ən azı yaxın iki ildə də "şəhərlilər"lə işləməyi planlaşdırır. "The Times"in yaydığı məlumata görə, ispaniyalı mütəxəssis qüvvədə olan müqaviləsi bitincə, yəni 2025-ci ilədək klubla yollarını davam etdirəcək. Qeyd edək ki, onu hər vəchlə dəstəkləyən klub rəhbərliyi onun bütün transfer sifarişlərini yerinə yetirməyə hazırdır.
Xatırladaq ki, son 7 ili bu klubda çalışan 52 yaşlı Qvardiola klubla birlikdə 14 titul qazanıb. Bu il isə o, həm Premyer Liqanı, həm İngiltərə Kubokunu, həm də UEFA Çempionlar Liqasını udmaqla trebl edib. Yeri gəlmişkən, "Mançester Siti" mövsümdə 3 titul qazanmaqla yanaşı, büdcəsini də xeyli artırıb. "Şəhərlilər" İngiltərə çempionu olmağa görə 180 milyon, İngiltərə Kubokuna görə 4 milyon, Çempionlar Liqası üçünsə 110 milyon funt sterlinq mükafata sahib olub ki, bu da ümumilikdə 294 milyon funt deməkdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.