CÜDO
-------------------------------
Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcəklər
Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kata çempionatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmiz bu yarışda ilk dəfə iştirak edəcək. Qeyd edək ki, 21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə yarışlara qatılmaqla tori (hücum edən idmançı) və uke (hücum edilən idmançı) fəndləri nümayiş etdirməyə çalışacaqlar. Bu yarışa hazırlıq məqsədi ilə cüdoçularımız yarış öncəsi Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında (TMT) iştirak ediblər.
Kata çempionatının ilkin yarışları bu gün (12 iyunda) başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda isə elə həmin məkanda Kodokan seminarı baş tutacaq.
Nage-no-Kata yarışındaaşağıdakılar iştirak edəcəklər:
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata yarışında isə bunlar mübarizə aparacaqlar:
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke,
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.