CÜDO
-----------------------------------
Azərbaycanlı "qocalar" Avropanı fəth ediblər
Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən və azərbaycanlı "qocaların" da qatıldığı Avropa çempionatına komanda yarışları ilə yekun vurulub. Xatırladaq ki, çempionata 9 qat Avropa çempionu adını daşıyan Fərhad Rəcəblinin rəhbərliyi atında 36 idmançı ilə qatılan Azərbaycan komandası həm fərdi, həm də komanda yarışında öz sözünü deyib. Qeyd edək ki, fərdi yarışları 11 (4-2-5) medalla 7-ci yerdə başa vuran yığmamız komanda yarışlarında isə biinci yeri tutub. 30- yaşadək olan cüdoçulardan ibarət yığmamız startda və yarımfinalda Fransa komandasını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə isə "qocalarımız" Belçika komandasını məğlub edərək Avropanın ən güclüsü olub və qızıl medala layiq görülüb.
Bu arada yığmamızın məşqçisi Fərhad Rəcəbli Avropa Cüdo İtifaqının rəsmi saytına açıqlama verib: "Biz əvvəlcə qarşımıza medalçılar sırasında yer almağı məqsəd qoymuşduq. Lakin Avropa çempionatı start götürəndən sonra anladım ki, biz hətta qızıl medal qazana bilərik və bunu etməyi də bacardıq. Ona görə də özümü inanlmaz dərəcədə xoşbəxt sayıram. Bu il iki böyük turnirdə - dünya və Avropa çempionatında uğurla iştirak etdik. Bu mənim üçün böyük sevincdir, Bundan mən həqiqətən də zövq alıram. Onu da qeyd edim ki, Azərbaycanda yüksək əhval-ruhiyyəsi olan bir veteran komandası var və biz hamımız bir yerdə məşq edirik. Heyətdə mənim oğlumda yer alıb. Amma yarışın gedişi zamanı onların hamısı mənim üçün eyni olur" - Fərhad Rəcəbli belə deyib
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.