TENNİS
-----------------------
Novak Cokoviç "Roaln Qarros"un 3 qat çempionu olub
Mayın 22-də Fransanın paytaxtı Parisdə qrunt örtüklü açıq kortda startı verilən və mükafat fondu 49.600.000 avro təşkil edən "Rolan Qarros" tennis turnirinə bu gün Novak Cokoviçlə (Serbiya) Kasper Ruud (Norveç) arasında baş tutan həlledici final qarşılaşması ilə yekun vurulub. Dünyanın 3 nömrəli raketka ustası olan Cokoviçlə reytinqdə 4-cü yeri tutan Ruudun qarşılaşması birincinin 7:6, 6:3, 7:5 hesablı qələbəsi ilə bitib. Qeyd edək ki, karyerasında 3-cü dəfə "Rolan Qarros"u udan Cokoviç "Böyük Dəbilqə" sayını isə rekord həddə çatdırıb - 23. Cokoviç eyni zamanda bütün "Böyük Dəbilqə" turnirlərinin hərəsini 3 dəfə udan ilk tennisçi kimi də tarixə düşüb.
"Böyük Dəbilqə" sayına görə ispaniyalı Rafael Nadalı (22 qələbə) da geridə qoyan Cokoviç bu saya görə kişi tennisçilər arasında rekordçu olub. Qadınlarda isə eyni göstərici ilə Serena Uilyams (ABŞ) rekordçudur.
Xatırladaq ki, Novak Cokoviç "Böyük Dəbilqə" seriyasından 10 dəfə "Australian Open"i, 7 dəfə "Uimbldon"u, 3 dəfə "Rolan Qarros"u və 3 dəfə də "US Open"i udub.
Bu qələbədən sonra Cokoviç karyerasında 94-cü titulunu qazanıb. Bu göstəriciyə görə, İvan Lendellə bərabər olan serbiyaı raketka ustası Roje Federer (103) və Cimmi Konnorsadan (109) geri qalır.
Bir məqamı da qeyd edək ki, Cokoviç "Rolan Qarros"u udmaqla yenidən reytinq cədvəlində liderliyi ələ alıb və dünyanın bir nömrəli raketka ustasına çevrilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.