FUTBOL
---------------------
Romelu Lukakunu azarkeşlər yenə də təhqir ediblər
Futbolçunu meymun adlandıran azarkeşlər ona "cəngəlliklərə get" çağırışı ediblər
Dünən UEFA Çempionlar Liqasının İstanbulda (Türkiyə) baş tutan və 1:0 hesabla bitən "Mançester Yunayted" - "İnter" final oyunundan sonra ikincinin forvardı Romelu Lukaku klubun azarkeşləri tərəfinfən irqçilik yönümdə hücuma məruz qalıb. "İnter"in azarkeşləri sosial şəbəkə vasitəsi ilə futbolçunu təhqiramiz söz atəşinə tutublar. Onu "İnter"in finalda uduzmasının əsas səbabkarı kimi görən azarkeşlər Lukakunu instaqram səhifəsində "qara meymun" adlandıraraq, ona "cəngəlliyə get" çağırışı ediblər. Bununla sakitləşməyən azarkeşlər ardından ona "martışek və qorilla" (balaca meymun və böyük meymun) videosunu da göndəriblər. Bunun əsas səbəbi isə final oyunu zamanı 71-ci dəqiqədə Federiko Dimarkonun hesabı bərəbərləşdiməsinə mane olmasıdır. Belə ki, Dimarko qapıçıdan qayıdan topa zərbə vuras da, top Lukakunun aayağına dəyərək geri qayıtmışdı. Matçın sonunda isə o, özü qapı xətti üzərindən başla vurduğu top qapıçı Edersonun üstünə vurmuşdu. Elə bu səbəbdən da "Sky Sports" onu "İnter"in heyətində ən zəif oyunçu kimi qiymətləndirib.
Xatırladaq ki, Romelu Lukaku ilk dəfə belə irqçilik təhqirinə İtaliya Kubokunun yarımfinalında "Yuventus"la oyunda məruz qalmışdı. O zaman Turin polisi 171 azarkeşi cəzalandıraraq, onların stadiona girişinə qadağa qoymuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.