FUTBOL
---------------------
Avropanın futbol həyəcanına "Mançester Siti"nin ÇL-nı qazanması ilə nöqtə qoyulub
"MS" bununla da Pep Qvardiolanın rəhbərliyi altında, həm də 300-cü qələbəsini qazanıb
Dünən gecə saatlarında UEFA Çempionlar Liqasının son final oyunu keçirilib. Avrokubok yarışlarının ən yüksək səviyyəlisi olan bu turnirin həlledici oyunu İstanbuldakı (Türkiyə) Atatürk adına Olimpiya Stadionunda baş tutub. Oyunda ispaniyalı mütəxəssis Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti" (İngiltərə) və italiyalı mütəxəssis Simone İndzaqinin baş məşqçisi olduğu "İnter" (İtaliya) qarşılaşıb. Olduqca maraqlı və gərgin mübarizə şəraitində keçən bu oyun birincinin minaimal hesablı qələbəsi ilə bitib - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəlifi isə 68-ci dəqiqədə Rodri Ernandes olub. Bundan sonra tərəflərdən heç biri fərqlənə bilməyib. Bununla da "Mançester Siti" klubu öz tarixində ilk dəfə olaraq. UEFA Çempionlar Liqaslının qalibi olub. Pep Qvardiola isə 3-cü dəfə bu qələbə sevincini yaşayıb. Yeri gəlmişkən, Bu qələbə həm də, "şəhərlilərin" Qvardiolanın rəhbərliyi altında 300-cü yubiley qələbəsi olub. Beləliklə, "Mançester Siti" klubu 2022\23-cü illər mövsümündə İngiltərə çempionu və İngəltərə kubokunun sahibi olmaqla yanaşı, həm də Avropanın ən yüksək səviyyəli klub turniri olan Çempionlar Liqasını udub.
Oyuna gəlincə, "Mançester Siti"də Erlinq Haaland, "İnter"də isə Lukaku gözlənilən oyunu nümayiş etdirə bilmədi. 12 qolla cari mövsümdə ÇL-nın bombardiri olan Erlinq Haaland bu oyunda turnirin ən yaxşı bombardiri təsiri bağışlamadı. Yeri gəlmişkən, Haaland son 5 oyunda bir dəfə də olsun qol vura bilməyib.
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "MS"ni çalışdırır.
Bu arada "Sky Sports" final oyununda meydan oyunçularını qiymətləndirib. Matçın ən yaxşı oyunçusu "MS"nin ispaniyalı havbeki, matçda vurulan yeganə qolun müəllifi olan 26 yaşlı Rodi Ernandes olub. O, 10 ballıq şkala üzrə 9 balla qiymətləndirilib. Onun komanda yoldaşlarından qapışı Ederson və müdafiəçilər - Ruben Diaşla Con Stounz 8, Erlinq Haaland da daxil olmaqla zədələnərək meydanı tərk edən Kevin de Bryune isə 7 bal alıb.
"İnter"ə gəlincə, qapıçı Andre Onana, müdafiəçilər Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni, yarımmüdafiəçilər - Martselo Borozoviç və Fedriko Dimarko 7 balla qiymətləndirilib. "İnter"də ən aşağı qiymət Romelu Lukakuya verilib - 4 bal. Qalan oyunçulara isə 6 bal verilib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.