CÜDO
---------------------------
Veteran cüdoçularımız Avropa çempionatının son günündə 5 medal qazanıblar
Azərbaycan 11 medalla AÇ-da yeddinci olub
Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatında fərdi yarışlara yekun vurulub. 8-10 iyun günlərində keçirilən bu yarışda 7 yaş kateqoriyasında 36 idmançı ilə təmsil olunan Azərbaycan yığması son gündə də uğurla çıxış edərək daha 5 (0-2-3) medal qazanıb. Bununla da yığmamız 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc əyarlı olmaqla 11 medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, baş məşqçi Fərhad Rəcəblinin rəhbərliyi altında çempionata qatılan yığmamızın üzvləri son yarış günü M1 və M2 yaş kateqoriyası üzrə mübarizəyə aparıb. Son gündə isə 12 cüdoçumuz tatamiyə çıxıb ki, onlardan da M1 yaş kateqoriyası üzrə -66 kq çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq-da Vasif İbrahimov yalnız finalda büdrəyərək gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq.çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq-da Vüqar Babayev və +100 kq-da isə Ruslan Əliyev bürünc medal qazanıb. Beləliklə fərdi yarışları 11 (4-2-5) medalla bitirən Azərbaycan komandası ümumi hesabda 7-ci yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.