ÇİMƏRLİK GÜLƏŞİ
----------------------------
Qumda üzərində güləşən pəhləvanlarımız Sinqapurda bir bürünc qazanıblar
Dünya Çimərlik Oyunlarına isə 4 lisenziya əldə ediblər
Sinqapurda çimərlik güləşi üzrə keçirilən və Azərbaycan triosunun da iştirak etdiyi Dünya Seriyasının II mərhələsi baş tutub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iki günlük yarışda triomuzdan yalnız biri - İbrahim Yusubov (90 kq) çıxışını 3-cü pillədə başa vurmaqkla bürünc medal qazanıb. Qeyd edək ki, A qrupunda rumıniyalı Mihay Palagiya (3:1), belçikalı Yonas Van Kaenegem (3:0) və pakistanlı Muhammad İnamı (3:0) üstələyən pəhləvanımız yarımfinalda türkiyəli Mahmut Özkaya (2:6) ilə bacarmayıb. Buna rəğmən o, seneqallı Sini Sembeneyə (4:0) qalib gələrək, bürünc medala sahib çıxıb.
Digər təmsilçilərimizə gəlincə, 70 kq-da güləşən Rübail İbrahimli yer aldığı D qrupunda fransalı Kuentin Stikerlə (2:1) və macarıstanlı Battulqa Raaşa (3:1) qalib gəlsə də, çinli Şiyian Jouya (1:1) ilə görüşdə sonuncu xal prinsipinə əsasən uduzub. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Levan Kelexsaşviliyə 1:3 hesabıyla məğlub olaraq, medaldan kənarda qalıb. +90 kq çəkidə mübarizə aparan Oyan Nəzəriani isə mübarizə apardığı A qrupunda gürcüstanlı Mamuka Kordzayaya minimal fərqlə uduzub – 0:1. Nəzəriani serbiyalı Maqomedqadji Nurasulovla (3:1) yaponiyalı Masayuki Amanoya (3:0) qalib gəlsə də, qrupdan çıxa bilməyib.
Qeyd edək ki, Sinqapur mərhələsi Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən sonuncu yarış olub. Beləliklə, avqustun 10-11-də İndoneziyanın Bali şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında Azərbaycan 70, 80, 90 və +90 kq-da iştirak etmək hüququ qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.