Masallıda xeyixah tibbi aksiya keçirilib
Oftalmoloq-cərrah 100-ə yaxın pasienti pulsuz müayinə edib
Masallı Bioloji Təbabət Klinikasında Almaniyadan gəlmiş təcrübəli uzman, yüksək kateqoriyalı oftalmoloq Aysel Novruzova Ümummilli lider Heydər Əliyevin 100 illik, görkəmli tibb alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi və Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Milli Ordumuzun zabiti, mayor Anar Novruzovun xatirəsinə həsr edilmiş tibbi aksiya keçirib.
Göz xəstəlikləri və cərrahiyyəsi üzrə yüksək ixtisas dərəcəsinə malik həkim iki gün ərzində cənub bölgəsinin rayonlarından 100-ə yaxın xəstəni ödənişsiz müayinə edərək müalicə təyin edib, məsləhət və tövsiyələrini verib. Aksiya zamanı şəhid ailələrinin üzvləri və qazilər növbədənkənar qəbul edilib.
“Qarabağ” ordenli şəhid zabit Mehman Şirvanovun atası Mirəziz Şirvanov söhbət zamanı Lənkərandan gəldiyini, həkimin ən müasir tibbi cihazların köməyilə onu diqqətlə müayinə etdiyini və göstərdiyi tibbi xidmətdən razı qaldığını bildirib.
Masallı rayon sakini Abdul Əsgərli nəcib aksiya barədə fikirlərini bölüşüb: “Çox xeyirxah tədbirdir. Tanınmış oftalmoloq-cərrah Aysel Novruzova gözlərimi müayinə edib lazımi məsləhətlərini söylədi. O, peşəkar həkim olmaqla yanaşı həm də yüksək insani keyfiyyətlərə malikdir, xəstələrə qarşı çox diqqətli və səmimidir. Müayinədən keçən bütün xəstələr ondan razılıq edirlər.”
Aksiyanın sonunda uzman həkim Aysel Novruzova deyib: “Belə bir aksiyanın böyüyüb boya-başa çatdığım rayonda keçirilməsini, göz xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız yardım edilməsini vətəndaşlıq borcu hesab edirəm. Masallı Bioloji Təbabət Klinikası respublikamızda ən yeni, müasir tibbi avadanlıqlarla təchiz edilmiş, kifayət qədər yüksək ixtisaslı, peşəkar kollektivə malik qabaqcıl, nümunəvi səhiyyə ocaqlarından biridir. Müayinə zamanı xəstələrin profilaktik tədbirlərə, tibbi maarifləndirməyə ehtiyacı olduğunu hiss etdim.
Ölkəmizdə səhiyyə müasir inkişaf səviyyəsindədir. Təkcə paytaxt Bakıda deyil, regionlarda da tibbi xidmət yüksək səviyyədə qurulub. Əhalinin sağlamlığı etibarlı əllərdədir. Bununla sevinir, qürur duyuram.”
Məlumat üçün bildirək ki, əslən Masallı rayonunun Ərkivan qəsəbəsindən olan Aysel Sucəddin qızı Novruzova 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2012-2017-ci illərdə Jena Universitetinin Egitim Arasdırma Xəstəxanasının göz söbəsində rezidentura təhsili alıb. O, 2018-ci ildə Almaniyada göz xəstəlikləri və cərrahiyyəsi üzrə təhsilini davam etdirərək uzmanlıq diplomunu (Facharzt dərəcəsini) qazanıb. Almaniya, Avropa, Amerika və TCOD beynəlxalq göz həkimləri birliklərinin üzvü 35 yaşlı Aysel Novruzova hazırda Almaniyanın Frankfurt-Mayn səhərində Artemis MVZ göz həkimi olaraq fəaliyyət göstərir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.