VELOYÜRÜŞ
------------------------------
"Əzizi Şuşa" veloyürüşünün 4-cü mərhələsinin qalibi italiyalı Alessandro Monako olub
Azərbaycan komandası isə 11-dən 8-ə qalxıb
Mayın 7-də startı verilən və "Əziz Şuşa" devizi altında keçirilən 2.2 kateqoriyalı veloyürüş davam edir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmaqla, 5 mərhələdən ibarət olan yürüşdə bu gün 4-cü mərhələyə yekun vurulub. İştirakçılar bu mərhələdə Gəncə-Göygöl marşurutu üzrə 102,9 km məsafə qət ediblər. Mərhələnin qalibi isə İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Alessandro Monako (02:47:11) qalibi olub. Onun komanda yoldaşı Emanuele Ansaloni (02:47:11) ikinci, Qazaxıstanın “Almaty Astana Motors”klubunun üzvü Rudolf Remkhi (02:47:13) isə üçüncü yerdə qərarlaşıb.
Bu mərhələdə Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni finişə 18-ci yerdə çatan Musa Mikayılzadə göstərib. Azərbaycan milli komandasının digər üzvü - Samir Cəbrayılov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb. O, dağ yollarında yarışı liderlər sırasında davam etdirib. Nəticədə idmançımız dörd mərhələdən sonra veloturun ən yaxşı dağ velosipedçisi olub (15 xal).
Dörd mərhələnin yekun nəticəsinə görə, İtaliyanın “Team Technipes İnemiliaromagna” klubunun üzvü Emanuele Ansaloni (14:24:06) yarışın lideri, həmçinin ən yaxşı sprinteridir (61 xal). Qazaxıstanın“Almaty Astana Motors”klubunun üzvü Rudolf Remkhi (14:24:30) ən yaxşı gənc idmançısı olub.
Qeyd edək ki, geridə qalan 4 mərhələdən sonra şəxsi yürüşə italiyalı Emmanuele Ansaloni liderlik edir. Komanda hesabında dörd mərhələnin cəminə görə İtaliyanın “Team Technipes İnemiliaromagna" (43:18:49) klubu birinci yerdə qərarlaşıb. Yürüşə ev sahibliyi edən Azərbaycan isə 11-ci pillədən 8-ci yerə yüksəlib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışa ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı qatılıb.
İyunun 11-də velosipedçilər Beyləqandan-Şuşa marşurutu üzrə 134,9 km məsafədə yarışacaqlar. Bununla da beş mərhələli "Əziz Şuşa" beynəlxalq veloyürüş başa çatacaq.
Onu da qeyd edək ki, bu yürüşən ən yaxşıları Olimpiada-2024-ə lisenziya xalı qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.