FUTBOL. UEFA ÇL. FİNAL:
----------------------------------
Avropada futbol həyəcanının pik nöqtəsi çatdı
ÇL-nın finalında kim qalib gələcək? "Mançester Siti", yoxsa "İnter"?
Bu gün Avropda ən yüksək səviyyəli klub tuniri olan UEFA Çempionlar Liqasına həlledici final oyunu ilə yekun vurulacaq. Milyonlarla futbol azarkeşinin səbirsizliklə gözlədiyi bu futbol həyəcanına saat 22:00-da İstanbuldakı (Türkiyə) "Atatürk- Olimpizm stadion"da baş tutacaq "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) matçı ilə son qoyulacaq. Lakin bu oyunda kimin qalib gələcəyini əvvəlcədən söyləmək heç də asan deyil. Onu qeyd etmək lazımdır ki, "Mançester Siti" cari mövsümdə həm İngiltərə çempionu olub, həm də İngiltərə Çempionu adını qazanıb. İndi mövsümdə trebl etmək üçün ona bu finalı qazanmaq lazımdır. Bu isə hamı üçün müəyyən qədər gözləniləndir. Bu oyun üçün qoyulan koeffisentdən də görünür. "BETSİTİ" şəhərlilərin qələbəsi üçün 1.25, "İnter" üçünsə 4,40 koffisentdir. Hətts bu oyunda "Inter"in qalib gələcəyi sensasiya kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, bu oyunda "MS"nin çalışdırıcısı Pep Qvardiolanın güvənc yeri klubun Norveçdən olan 22 yaşlı forvardı Erlinq Haalandır. Cari mövsümdə "MS"nin heyətində meydana çıxdığı 52 oyunda 52 qola imza atan Haaland hazırda Çempionlar Liqası turnirinin ən yaxşı futbolçusu adına iddialı olan bir nömrəli oyunçudur. Qvardiola hətta bir gün öncə keçirdiyi brifinqda da bu futbolçuya güvəndiyini gizlətməyib: "Mən burada Erlinqin vurduğu qolların orta göstəricisini müzakirə etmək istəmirəm. Haalandən final matçında bizim qalib gəlməyimiz üçün böyük kömək edəcəyinə şübhə etmirəm" - "MS"nin ispaniyalı baş məşqçisi Pep Qvardiola belə deyib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.