BOKS
----------------------------
Gənc və yeniyetmə boksçularımız Macarıstan turnirindən 10 medalla dönüblər
Macarıstanın Eqer şəhərində gənc və yeniyetmələr (oğlanlar və qızlar) arasında boks üzrə beynəlxalq turnir keçirilib. Turnir Azərbaycan boksçuları üçün uğurlu olub. Belə ki, boksçularımız sözügedən turnirdə 4-ü qızıl, 3-ü gümüş və 3-ü bürünc əyarlı olmaqla 10 medal qazanıblar. Gənc boksçularımızdan Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq), yeniyetmələrdənsə Banuçiçək Nəsirli (46 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq, turnirin baş mükafatına layiq görülüb. Gənclərdən Tağı Nəsibov (54 kq) və Məhəmmədli Qasımzadə (60 kq), yeniyetmələdənsə Özləm Həsənova (63 kq) yalnız həlledici finalda məğlubiyyətlə üzləşərək gümüş medalla kifayətlənib. Bürünc medalları isə gənclərdən Ömər Aslanlı (54 kq), yeniyetmələrdənsə İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) qazanıb.
Maraqlıdır ki, turnirin qalibi adını qazanan Məhəmmədli Aşurəliyev (57 kq), həm də yarışın ən texnikalı döyüşçesü nominasiyanda birinci olub. Turnirdə ikinci yeri tutan Məhəmmədli Qasımzadə (60 kq) isə yarışın ən əzmikar boksçusu adına layiq görülüb.
Komanda turnirdə məşqçilər Elburus Rzayevlə Rafiq İsmayılovun rəhbərliyi altında iştirak edib.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.