CÜDO
---------------------------------
"Qocalar" Avropa çempionatında daha 3 "qızıl" qazanıblar
Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ikinci günü də Azərbaycan yığması üçün uğurlu keçirb. Belə ki, çempionatın ikinci günü tatamiyə çıxan "qocalar"ımızdan üçü daha yaxçı çıxış edərək qızıl medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, "qızılları" M3 yaş kateqoriyası üzrə -81 kq. çəkidə Zülfüqar Hüseynov, M4 yaş kateqoriyası üzrə -60 kq. çəkidə Babək Hacıyev və -73 kq. çəkidə Vüqar Budaqov qazanıb.
M3 yaş kateqoriyası üzrə -81 kq. çəkidə Ceyhun Hüseynov və -100 kq. çəkidə Ramil Muradov, M4 yaş kateqoriyası üzrə -90 kq. çəkidə Mahir Ağamirzəyev və -100 kq. çəkidə Emil Hüseynov isə bürünc medal uğrunda mübarizədə uduzaraq, 5-ci yerə çıxıb.
Qeyd: Yarışın ikinci günündə M3 yaş kateqoriyası və M4 yaş kateqoriyası üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Xatırladaq ki, çempionatın ilk yarış günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Və onladan da biri 1 qızıl, birisə 1 bürünc medal qazanıb. Qızıl M7 kateqoriyası üzrə -90 kq çəki dərəcəsində Fərhad Rəcəblinin (9-cu çempionluq), bürünc isə M6 yaş kateqoriyası üzrə +100 kq-da güləşən Qabil Qasımovun aktivinə yazılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.