GÜLƏŞ
---------------------------
AÇ-ya gedəcək yığmaların heyəti müəyyənləşib
İyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada 17 (U-17) yaşlı oğlan və qızlar arasında güləş üzrə U-17 Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, bu gün təlim-məşq bazasında qitə birinciliyində ökəmizi təmsil edəcək yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət komandalarla görüş keçirilib. Görüş zamanə yunan-Roma və qızlardan ibarət yığmaların heyəti açıqlanıb. Qeyd edək ki, Avropa çempionatının ilk günlərində yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. Bu yarışda ölkəmizi böyük məşqçi Taleh İsrafilov, məşqçilər Elvin Mürsəliyev və Rasim Ağayevin rəhbərliyi altında Turan Daşdəmirov (45 kq), Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Nurlan İbadzadə (60 kq), Murad Zeynalabdinov (65 kq), Cavidan Nehmətov (71 kq), Elmin Əliyev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Mahir Qurbanlı (110 kq) təmsil edəcək.
İyunun 14-dən 16-dək isə meydan zərif cinsdən olan güləşçilərin ixtiyarına veriləcək Məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında bu yarışa qatılacaq yığmamızın heyətində Səadət Quliyeva (43 kq), Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq), Ruzanna Məmmədova (57 kq) və Günay Qurbanova (61 kq) yer alıb.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakimlərimiz Bəşir İsazadə ilə Həbib Nurulu ədaləti qoruyacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.