ŞAHMAT
-------------------------
Şəhriyar Məmmədyarov blitsdə Maqnus Karlseni udsa da...
O, son turda Aniş Qiri ilə qarşılaşacaq
Norveçin Stavanqere şəhərində şahmat üzrə keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyaovun da iştirak etdiyi "Norway Chess" superturnir artıq başa çatmaq üzrədir. 10 qrossmeysterin dairəvi sistem üzrə mübarizə apardığı və 9 turdan ibatə» c участием азербайджанского шахматиста Шахрияра Мамедъrət olan turnirin dünən keçirilən 8-ci turu həmyerlimiz üçün uğursuz olub. Həmin turda son dnya çempionu və hazırda FİDE reytinqində birinci yeri tutan norveçli Maqnus Karlsenlə qarşılaşıb. Qeyd edək ki, sözügedən turnirdən bir gün öncə keçirilən blits turnirdə Karlseni mat qoyan Məmmədyarov bu dəfə məğlubiyyətdən qaça bilməyib. Əsas hissədə Karlsenlı heç-heçə oynayan Məmədyarov "Armaqeddon"da uduzub. Bu məğlubiyyətdən sonra Məmədyarov 10 xalla yarış cədvəlində 8-ci yerə düşüb. Bu gün keçiriləcəck son turda (9-cu) Məmədyarov hollandiyalı Aniş Qiri ilə qarşılaşacaq. Qiri 11.5 xalla 4-5-ci yerləri bölüşür.
Xatırladaq ki, "Norway Chess" superturnirdə Məmmədyarov, Qiri və Karlsenlə yanaşı, Uesli So, Fabiano Karuana, Xikaru Nakamura (Hamısı ABŞ), Aryan Tari (Norveç), Domaracu Qukeş (Hindistan), Əlireza Firuzca (Fransa) və Nodirbek Abdusattarov (Özbəkistan) mübarizə aparır.
Qeyd: Reqlamentə əsasən qalibə 3 xal verilir. Heç-heçə qeyd edildikdə isə mübarizə "Armaqeddon"da davam edir. Burada isə udana 2. uduzana 1 xal verilir.
Тurnir cədvəli 8 turdan sonrakı vəziyyət: Каruana – 16 xal, Nakamura – 13,5, Qukeş - 13, Qiri, So - hərəyə 11,5, Firuzca, Karlsen - hərəyə 10,5, Мəmmədyarov - 10, Abdusattarov - 7,5, Tari - 3 xal.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.