Boks
-------------------
7 boksçumuz Macarıstan turnirinin finalında
İki təmsilçimiz isə bürüncə kifayətlənib
Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında keçirilən və Azərbaycan idmançılarının da qatıldığı beynəlxalq turnir artıq başa çatmaq üzrədir. Dünən turnirdə yarımfinal döyüşlərinə də yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda 9 təmsilçimiz mübarizə aparıb ki, onlardabn da yeddisi finala yüksəlib. Finaldan kənarda qalan iki boksçumuz isə üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib. Finalçılara gəlincə, 51 kq çəkidə Sübhan Məmmədov həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək. Tağı Nəsibov (54 kq) Yarımfinalda macarıstanlı Matyas Naqini məğlub edən Tağı Nəsibov (54 kq) finalda Kozak Kevinlə (Macarıstan) döyüşəcək. Məhəmmədəli Aşurəliyev (57 kq) də qızıl medal uğrunda Milan Pazmanla (Macarıstan) döyüşəcək.
Yarımfinalda Mirko Meşarosa (Macarıstan) ikinci raundda tam üstünlüklə qalib gələn Məhəmmədəli Qasımzadə (60 kq) həlledici finalda Levent Olanla (Macarıstan) qarşılaşacaq.
75 kq-da Fərhad Şeydayev də uğurlu çıxışını davam etdirib. Yarımfinalda Zolt Nemetdən (Macarıstan) güclü olan təmsilçimzi son həlledici döyüşdə İstvan Şüslə (Macarıstan) üz-üzə gələcək.
Banuçiçək Nəsirli (46 kq) həlledici finalda Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) isə Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək.
Yuxarıda qeyd etdiyimiz kimi, yarımfinalda büdrəyən İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) bürünc medala sahib olublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.