FUTBOL
---------------------
Zidan PSJ-ni idarə etməkdən imtina edir
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni idarə etməkdən imtina edib.
PSJ gələn mövsüm komandaya rəhbərlik etmək təklifi ilə Zidana yaxınlaşıb, lakin 50 yaşlı mütəxəssis parislilərin ona təklif etdiyi yüksək maaşa baxmayaraq, bundan imtina edib. Zidan artıq iki ildir ki, işsizdir.
Hazırda PSJ-nin Luis Enrike və Xabi Alonso kimi namizədlərlə maraqlandığı bildirilir. “Bavariya”nın keçmiş baş məşqçisi Julian Nagelsmann hələ də prioritet seçim hesab olunur. PSJ-nin futbol müşaviri Luis Kampos bu yaxınlarda alman məşqçinin nümayəndələri ilə görüşüb və onlarla müqavilənin bütün əsas şərtlərini müzakirə edib.
Daha əvvəl məlum olmuşdu ki, PSJ təyinatından bir il keçməmiş Kristof Qaltyeni baş məşqçi postundan azad edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.