FUTBOL
---------------------
Messi niyə Barselonaya qayıtmamaq qərarına gəldiyini açıqlayıb
Messi ailəsi ilə daha çox vaxt keçirmək istədiyi üçün Barselonaya qayıtmadığını deyib.
"İnter Mayami"yə keçdiyini açıqlayan argentinalı hücumçu Lionel Messi "Barselona"ya qayıtmamasının səbəbini açıqlayıb.
“Mən çox istəyirdim ki, “Barselona”ya qayıtsın, amma yaşadıqlarımı yaşadıqdan sonra bir daha bu vəziyyətə düşmək, nə olacağını gözləmək və gələcəyimi başqasının əlinə vermək istəməzdim. Özümü və ailəmi düşünərək öz qərarımı vermək istəyirdim.
Eşitdim ki, La Liqa mənim keçidimi təsdiqlədi, amma hələ həll edilməli olan bir çox başqa məsələlər var idi. Eşitdim ki, klub oyunçularını satmalı və ya maaşlarını aşağı salmalı olacaq. Mən belə bir məsuliyyət daşımaq istəməzdim. Mən artıq Barselonadakı karyeram ərzində həqiqətə uyğun olmayan bir çox şeylərdə ittiham olunmuşam və bir daha bunu yaşamaq istəməzdim.
Ailəm haqqında daha çox düşünmək, onun sevincini və övladlarımı hər gün görməkdən həzz almaq istəyirəm.
Pul heç vaxt mənim üçün prioritet olmayıb. Söhbət puldan getsəydi, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim.Messi Mundo Deportivo-ya müsahibəsində deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.