BOKS
-------------------------
Boksçularımız Avropa Oyunlarına hazırlığı davam etdirirlər
Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları III Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, hər 2 yığmamız oyunlara hazırlıqla bağlı son təlim-məşq toplanışını (TMT) ölkə xaricində keçir.
Qüyd edək ki, kişilərdən ibarət yığmamız kubalı baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu ilə İtaliyanın Assizi şəhərində hazırlığa başlayıb. Məşqçilər korpusu Krakova gedəcək son heyəti müəyyənləşdirmək üçün toplanışa Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) cəlb ediblər.
Komandamız Assizi toplanışında İtaliya, Avstriya, Belçika, Serbiya, İrlandiya, Böyük Britaniya, Niderland, Estoniya, Finlandiya və Slovakiya ilə birgə hazırlıq keçir.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi qadınlardan ibarət milli komandamız isə oyunlara son hazırlıq prosesini Türkiyənin Kastamonu şəhərində keçirir. TMT-yə Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) cəlb edilib. Kastamonudakı toplanışda təmsilçilərimiz Türkiyə və Cənubi Koreya ilə birgə hazırlıq keçir. Yığmalarımız iyunun 16-da Bakıya dönəcək.
Yeri gəlmişkən, Polşada keçiriləcək Avropa Oyunlarının proqramına daxil olan boks yarışları iyunun 23-dən iyulun 2-dək “Novi Tarq Arena” baş tutacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.