BOKS
----------------------
Gənc boksçularımız Macarıstan turnirinə qatılıblar
Dünən Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan boksçuları da iştirak edəcəklər.
Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında sözügedən turnirə qatılan oğlanlardan ibarət yığmamızın heyətinsə Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayev (75 kq) yer alıb.
Qız boksçuların yarışına gəlincə isə məşqçi Rafiq İsmayılov yığmanın üzvlərindən Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənovaya (63 kq) şans verib.
Komandamız iyunun 10-da Bakıya qayıdacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.