FUTBOL
------------------------
Ronaldo 2026-cı il dünya çempionatında iştirak etmək fürsətini yüksək qiymətləndirib
Portuqaliyalı hücumçu 2026-cı il dünya çempionatında iştirak etmək fürsətini dəyərləndirib. 38 yaşlı futbolçu turnirdə iştirak edəcəyini istisna etməyib. “Əvvəlcə mən gələn mövsüm Avro-da oynamaq istəyirəm. Qısa və orta müddətli hədəflərə baxmaq vacibdir” deyə bildirib.
Mart ayında Ronaldo milli komandanın heyətində ən çox oyun keçirən dünya rekordunu vurub. O, millinin heyətində 197 oyuna çıxıb. İdmançı qeyd edib ki, rekordlar onun karyerasını davam etdirmək üçün motivasiyadır.
Portuqaliya millisinin tərkibində Ronaldo 2016-cı ildə Avropa Çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, 2022-ci il Dünya Kubokunun sahibi Argentina olub. Kriştiano Ronaldonun səylərinə baxmayaraq, Portuqaliya finala keçə bilməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.