AĞIR ATLETİKA
------------------------------------
Atletlərimiz Kuba Qran-Prisində iştirak edəcəklər
İyunun 8-dən 18-dək Kubanın paytaxtı Havanada Beynəlxalq Ağır Atletika Federasiyasının bayrağı altında Olimpiya təsnifatlı Qran-Pri yarışı keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından veriləın məlumata görə, 10 gün davam edən və Paris-2024 (Olimpiada-2024) Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə bizim ölkəmiz də daxil olmaqla, 72 ölkədən 409 atletin iştirak edəcəyi gözlənilir. Yarışda Azərbaycanı yığmanın üç üzvü təmsil edəcək ki, bu trioya da Ömər Cavadov (73 kq), Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi - 102 kq) daxildir.
Yeri gəlmişkən, bu troda yer alan atletlərimizdən Cavadov 11-18 may günlərində Afrikanın 33-cü çempionatına qatılıb və orada birdən qaldırma hərəkətində 143, təkanla qaldırma hərəkətində 167 kq çəkini ram etmişdi. O, toplam 310 kq (143+167) nəticə göstərmişdi.
Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olmuşdu.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.