Sevda Əsgərova:
...brendlər insanların pulunu çəkmək üçün yaradılır...
Evdə arada Fashion Tv-yə baxırıq. Həm əsəblərimiz sakitləşir, həm də dünya brendlərindən və modadan xəbərimiz olur. Bu gün səhər həmin kanalda Azərbaycan üçün xüsusi hazırlanmış "Porşe" və "BMW" avtomobilləri haqda veriliş hazlrlayıblar. Deməli, ən son model avtomobilləri baha qiymətə hansı ölkəyə sata biləcəklərini çox yaxşı bilən menecerlər hər bir millətin psixologiyasına uyğun reklam çarxı hazırlayırlar. Avtomobillər sözsüz elə reklam olunur ki, adamı yerindən oynadır. Əlbəttə ki, pulu olan onu alıb sürəcək. Bizim milyonerlərin hesabına varlananlar isə həmin şirkətlər olacaq.. Kimsə demişdi, brendlər insanların pulunu çəkmək üçün yaradılır...
ŞƏRHLƏRDƏN:
Şəfəq Azər:
Universitetdə ən çox sevdiyim müəllimin otağında idim. Mənə “Nə olmaq istəyirsən?” deyə sual verdi. “İntellektual olmaq istəyirəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Donub qaldım, sonra incik bir səslə "Sizin dərsi keçsəm də yenə mühazirələrinizə gəlirəm, ən çox oxuyan, araşdıran və elmi müzakirələrdə iştirak edən yenə mənəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Çox qəzəblənmişdim! “Dosentlik dissertasiyalarının mövzularını belə mən təklif edirəm" dedim.
Professor gülümsəyərək geriyə yaslandı.
"Səndən çox yaxşı tədqiqatçı olar, amma intellektual olmaz” dedi. Arxasınca da davam etdi: “Səndən intellektual olmaz dediyimdə niyə elə düşündüyümü soruşmadın, küsdün və qəzəbləndin”.
Yazarlıq bilik işidir. İntellektuallıq bilik deyil, davranış tərzidir. Bir insanın intellektual olması üçün ailəsinin ən azı 3 nəsil oxumuş olması lazımdır.
Universitetin həyətinə bax. Son model avtomobillərlə doludur, hamısı da müəllimlərə məxsusdur. Hər il yenilərini alırlar. Tez-tez maşın dəyişməyə nə ehtiyac var? Niyə belə yaşayırlar?
Çünki müxtəlif elmi titullara sahib müəllimlərin karyerası nə qədər yüksək olsa da ruhları feodal bir kəndçi ruhudur.
Güclərini cəmiyyətə sırımaq üçün özlərini belə göstərməli, lovğalanmalıdırlar.
Əsl intellektual əsla bu motivlərlə hərəkət etməz. Saxta intellektual kəndçilərə diplomlar və elmi titullar azlıq edir.
Eynilə pulun azlıq etdiyi kimi.
İlber Ortaylı (1947) Türkiyə tarixçisi
Kitab
Arxiv
Севда Есгерова:
Şəfəq Azər xanım, o professor çox gözəl qeyd edib və dəqiq də təsvir edib. Brendlər insanların ciblərinə girir, insanlar isə başqalarından fərqli və ya üstün olduqlarını göstərmək üçün brendlərə qaçırlar. Amma bir məsələ var ki, brendlər digər istehsalçılardan yaxşı keyfiyyətinə görə çox fərqlənir
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.