FORMULA-1
---------------------------
Maks Ferstappen İspaniya Qran-Prisində də birinci olub
Yeddi qat dünya çempionu Lyuis Hemltonsa cari mövsümdə ilk dəfə fəxri kürsüyə qalxıb
Ötən həftəsonu İspaniyada formula-1 üzrə dünya çempionatının sayca 7-ci Qran-Pri yarışı keçirilib."Barselona-Kataloniya" avtodromda baş tutan bu yürüşün qalibi adını yenə də hollandiyalı pilot Maks Ferstappen ("Red Bull") qazanıb. Bu cari mövsümdə onun 5-ci, ümumi karyerasında isə 40-cı qələbəsi olub. Maraqlıdır ki, "Red Bull"un pilotu formula-1-yarışlarında ilk qələbəsini də məhz burada - İspaniyada qazanıb. İndi ümumi qələbələrinin sayına görə, Frstappen 3 qat dünya çempionu Ayrton Sennodan cəmi bir qələbə geri qalır. Qeyd edək ki, ümumi qələbələrin sayına görə 7 qat dünya çempionu Lyuis Hemlton ("Mersedes") 103 qələbəylə öndədir. Sonrakı yerləri ardıcıllıqla Mixael Şumaxer (91 qələbə), Sebastyan Fettel (53) və Alen Prost (51) tutur. Ferstappen Bu qələbədən sonra pilotların yarış cədvəlindəki mövqeyini də möhkəmləndirib. Aktivindəki xalların sayını 170-ə çatdıran Maks cədvəldə ən yaxın təqibçisi olan öz komanda yoldaşı Serxio Peresi (117 xal) 53 xal geridə qoyub.
Yeri gəlmişkən, İspaniya Qran-Prisində ikinci yeri Lyuis Hemlton ("Mersedes") tutub. O, 66 dövrəni Ferstappendən cəmi +24,090 saniyə gec başa vurub. Qeyd edək ki, startda dördüncü olan Hemlton finişə ikinci çatdığı üçün yürüşün ən yaxşı pilotu seçilib. Hemlton cari mövsümdə ilk dəfə fəxri kürsüə qalxmağı ilə də diqqət çəkib. İspaniyada ilk üçlüyü isə "Mersedes"in digər pilotu - Corc Rassell (+32,389 saniyə gec) tamamlayıb. Pilotların yarış cədvəlində ikinci olan və həm də cari mövsümdə geridə qalan 7 Qran-Pridən ikicinin qalibi olmuş Serxio Peres ("Red Bull") bu dəfə finişə dördüncü yerdə çatıb (+35,812 saniyə gec). Maraqlıdır ki, İspaniya Qran-Prisində əsas yürüşə qatılan 20 pilotdan heç biri mübarizəni yarımçıq saxlamayıb.
İspaniya Qran-Prisindən sonra pilotların yarış cədvəlindəki vəziyyət belə olub:
1. Maks Ferstappen ("Red Bull") – 170 xal
2. Serxio Peres ("Red Bull") – 117
3. Fernando Alonso ("Aston Martin") – 99
4. Lyuis Hemlton ("Mersedes") – 87
5. Corc Rassell ("Mersedes") – 65
6. Karlos Sayns ("Ferrari") – 58
7. Şarl Lekler ("Ferrari") – 42
8. Lans Stroll ("Aston Martin") – 35
9. Esteben Okon ("Alpin") – 25
10. Pyer Qasli ("Alpin") – 15
11. Lando Norris ("Maklaren") – 12
12. Niko Xyulkenberq ("Xaas") – 6
13. Oskar Piastri ("Maklaren") – 5
14. Valterri Bottas ("Alfa Romeo") – 4
15. Çjou Quanyuy ("Alfa Romeo") – 4
16. Yuki Tsunoda ("Alfa Tauri") – 2
17. Kevin Maqnussen ("Xaas") – 2
18. Aleks Albon ("Uilyams") – 1
19. Nik de Vris ("Alfa Tauri") – 0
20. Loqan Sarcent ("Uilyams") – 0
Komandaların vəziyyəti:
1. "Red Bull" – 287 xal
2. "Mersedes" – 152
3. "Aston Martin" – 134
4. "Ferrari" – 100
5. "Alpin" – 40
6. "Maklaren" – 17
7. "Xaas" – 8
8. "Alfa Romeo" – 8
9. "Alfa Tauri" – 2
10. "Uilyams" – 1
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.