TENNİS
-------------------------
Dünya tennisinin liderləri "Rolan Qarros"un 1\4 finalına yüksəlib
Fransanın paytaxtı Parisdə tennis üzrə keçirilən və "Böyük Dəbilqə" seriyasından olmaqla mükafat fondu 49.600.000 avro təşkil edən "Rolan Qarros" turniri davam edir. Dünən turnirdə 1\8 finalın qarşılaşmaları keçirilib və 1\4 finalçılar müəyyənləşib. Qurunt örtüklü açıq kortda keçirilən bu turnirin 1\8 final mərhələsi dünya tenisin liderləri üçün uğurlu olub. Belə ki, hazırda reytinq cədvəlinə liderlik etməklə dünyaın bir nömrəli raketka ustası statusunu daşıyan ispaniyalı Karlos Alkaras italiyalı Lorentso Muzettonu məğlub etməklə mərhələni adlayıb - 6:3, 6:2, 6:2. Reytinq cədvəlində liderliyi əldən verərək 3-cü pilləyə düşən serbiyalı Novak Cokoviç isə perulu Xuan Pablonu üstələməklə 1\4-ə yüksəlib - 6:3, 6:2, 6:2. Dünyanın 5 nömrəlisi olan Stefano Tsitsipas (Yunanıstan) isə Avstraliya təmsilçisi Sebastyan Ofneri 7:5, 6:3, 6:0 hesabla üstələməklə mərhələ adlayıb. Turnirə iyunun 11-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.