TAEKVONDO
-----------------------------------
DÇ-nın keçici bayrağı Çinə təqdim olunub
Azərbaycanın ev sahibliyi etməsinə rəğmən medal qazanmadığı mundial bitdi
Mayın 29-da Bakıdakı "Krystal Holl"da kişi və qadınlar arasında startı verilən taekvondo üzrə 26-cı dünya çempionatına iyunun 4-də daha iki çəki dərəcəsində (53 kq qadınlar, +87 kq kişilər) keçirilən döyüşlərlə yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə qadın taekvondoçular arasında (53 kq-da) dünya çempionu tituluna Nahid Kiyaniçande (İran) yiyələnib. Gümüş medala Ju Zio (Çin), bürünc mükafatlara Şad Sami Elhossein (Misir) və Tatyana Minina (Dünya Taekvondosu) sahib olub.
Kişi taekvondoçular arasında +87 kq çəki dərəcəsinin ən güclüsü Şeyk Sallah Sisse (Fil Dişi Sahili) olub. O, finalda Karlos Sansoresi (Meksika) məğlub edib. 3-cü yerləri 1\4 finalda Azərbaycan təmsilçisi Həmidrza Bədriəliabadini məğlub edən türkiyəli Emre Ateşli və Öorvatiyadan olan Pasko Boziç tutub. Yerə gəlmişkən, mundialın son günündə dayanq üzərinə çıxan Azərbaycan idmançılarından Həmidrza Bədriəliabadi (+87 kq) 1/4, Səmərrux Osmanova (53 kq) 1/16 finalda məğlub olub.
Beləliklə, yeddi gün davam edən mundialda biri Dünya Taekvondo Federasiyasının qaçqın komandası olmaqla 145 komandadan 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparıb. Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən yarışda qızıl medal qazanan idmançılar həm də aktivlərinə 140 reytinq xalı əlavə ediblər.
Kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i müvafiq sıralanma ilə Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların analoji yarışında isə Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib. Mundiala ev sahibliyi edən və medal qazna bilməyən Azərbaycan millisi isə Dünya Taekvondosu tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib.
Mundialın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib.
Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.