GÜLƏŞ
-----------------------
Bişkekdə Аzərbaycan finalı: Bayramov Hacıyevə qarşı
Qırğızıstanın paytaxtı Bişkekdə qadın və sərbəst güləş üzrə keçirilən reytinq xarakterli turnir bu gün başa mçatacaq. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirin son günü beş sərbəst güləşçimiz döşək üzərinə çıxıb. Ən maraqlısı odur ki, Bişkekdə Azərbaycan finalı da yaranıb. Söhbət iki azərbaycanlı güləşçi - Turan Bayramovla Cəbrayıl Hacıyev (hər ikisi 74 kq) arasında baş tutacaq finaldan gedir. Maraqlıdır ki, finala gedən yolda da (yarımfinal) Azərbaycan dueli baş tutub. Belə ki, Turan Bayramov yarımfinalda öz komanda yoldaşı Hacımurad Hacıyevi məğlub edərək finala yüksəlib. Finaldan kənarda qalan Hacımurad isə bürünc medal uğrunda davam etdridiyi təsəlli görüşdə türkiyəli Sönər Demirtaşı məğlub edərək üçüncü yeri tutub. Bir məqamı da xatırladaq ki, Turan Bayramovla Cəbrayıl Hacıyev cütlüyü ötən il Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə keçirilən Dan Kolov\Nikola Petrov turnirində də finalda qarşılaşmışdı.
86 kq-da çıxış edən Abubakr Abakarov da finala yüksəlib. Onun rəqibi burneyli Maqomed Şaripov olacaq. Daha bir təmsilçimiz, Əli Rəhimzadə (65 kq) isə çıxışını vaxtından əvvəl bitirib.
Xatırladaq ki, sərbəst güləşçilərdən öncə meydana zərif cinsdən olan güləşçilər çıxmışdılar. Bu yarışa qatılan iki idmançımızdan biri - Jalə Əliyeva (57 kq) çıxışını 3-cü yerdə bitirməklə bürünc medal qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.