TAEKVONDO
--------------------------------------
Taekvondoçumuz Həmidrza Bədriəliabadi 1/4 finalda uduzub
Azərbaycan ev sahibliyi etdiyi 7 günlük dünya çempionatını medalsız bitirdi
Mayın 29-da Bakıdakı "Krystal Holl"da kişi və qadın taekvondoçular arasında starı verilən və Azərbaycanın təşkilatçılıq etdiyi 26-cı dünya çeminatına bu gün yekun vurulacaq. Çempionatın son günü çəkisi 53 kq olan qadınlar və +87 kq-da çıxış edən kişilər mübarizəyə qatılıblar. Bu çəkilərdə ölkəmizi müvafiq olaraq. Samarrux Osmanova və Həmidrza Bədriəliabadi təmsil edib. Təəssüflər olsun ki, mundialın ilk 6 günündə dayanq üzərinə çıxan komanda yoldaşları kimi bu günkü cütlüyümüz də dünya çempionatı ilə əliboş vidalaşıb. Osmanova ilk qarşılaşmasında livanlı Marielle Xəbibə uduzub.
Ondan fərqli olaraq, Həmidrza Bədriəliabadi iki mərhələ adlaya bilib. Qeyd edək ki, 1\16 finalda malili Nohum Diavaranı məğlub etdikdən sonra 1\8 finala yüksəldi və burada Omar El Yazidiyə (Fransa) qalib gələrək 1\4 finala yüksəldi. Di gəl ki, təmsilçimiz bundan artığını edə bilmədi. O, 1\4 finalda üzləşdiyi türkiyəli Emre Ateşli ilə bacarmadı - 1:2. Bununla da mundial ev sahibi olan Azərbaycan üçün vaxtından əvvəl bitdi. Əgər taekvonduçumuz bu mərhələni də adlayıb 1\2 finala (yarımfinala) çıxa bilsəydi ən pis halda çempionatın bürünc medalını özünə təmin edəcəkdi. Və bununla da Azərbaycan komadası medal hesabını açmış olacaqdı. Təəssüf.....
Xatırladaq ki, mundialda Azərbaycan yığması baş məşqçi Reza mehmandostyn (İran) rəəhbərliyi altında aşağıdakı 13 nəfərlik heyətlə iştirak edib: Cavad Ağayev (68 kq), Qaşim Maqomedov (58 kq), Fəridə Əzizova (67 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq), Xanoğlan Kərimov (63 kq), Sayad Dadaşovla (54 kq) Minayə Əkbərova (46 kq), Fatimə Məcidova (62 kq), Eltac Qafarov (74 kq), Samarrux Osmanova (53 kq) və Həmidrza Bədriəliabadi (+87 kq).
Paytaxt Bakının 7 gün ev sahibliyi etdiyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən 26-cı dünya çempionatında 145 komandaının heyətində 949 taekvondoçu 16 dəst medal uğrunda mübarizə aparıb. Mundialın qalibləri aktivlərinə 147 reytinq xalı da yazdırıblar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.