NƏRİMAN QASIMOĞLU:
BƏS NİYƏ İCAZƏ VERDİN?
Dünən üzgüçülük hovuzunda məşqdə idim.
Gələnlər azdır deyə rahatlıqla o baş-bu başa üzürəm.
Aralıda da başında selofan papaq 35-40 yaşlarında bir Azərbaycanlı xanım ördəksayağı suda süzməyində. Bir neçə saniyəliyə nəfəs dərmək üçün sakitcə durmuşam. Ayırıcı zolağın qarşı tayından mənə işarə ilə bildirir sözü var. Gözləyirəm yaxınlaşsın. Yanımda dayanır:
- Eşidirəm sizi, buyurun.
- А можно по-русски?
- Да, слушаю вас.
- Вы... это... можете? – sözlərinə fasilə verə-verə deyir, əli ilə ayırıcı zolağı tərpədib azacıq qaldırır. Anlayıram xahişini. İstəyir zolağı qaldırım.
Ardınca da izah etməyə çalışıb:
- A так не могу... – deyə əlini başınа aparır. Selofan papağın altında yığdığı saçlarını göstərib demək istəyir ayırıcı zolağı qaldırmasam, hovuzun pillələrinə yaxınlaşmaq üçün gərək başını suya sala, onda da saçları islanar.
Zolağı qaldırıram, altından keçib pillələrə doğru gedə-gedə deyir:
- Спасибо.
- Не за что...
Anlamağa çalışıram, zahiri görkəmindən, icazəsini alıb danışmaq istədiyi dili yaxşı bilmədiyindən xalis Azərbaycanlı olduğunu biruzə verən bu xanıma nə düşüb axı, ana dilimizə belə ögeylik göstərir. Və məndən niyə suyun içində rusca danışmaq üçün icazə istəyirdi?
Bəs sən niyə icazə verdin, Qasımoğlu? “Не за что”-muma gülürəm, öz-özümə “есть за что... тебя наказать, başqa vaxt dil, millət sözləri dilindən düşmür”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.