FUTBOL
------------------
Kriştiano Ronaldo Al Nassr ilə bağlı qərarını açıqlayıb
"Mançester Yunayted"dən Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"ə keçən Kriştiano Ronaldo diqqətçəkən açıqlamalar verib. Portuqaliyalı ulduz gələcəyi və Səudiyyə Ərəbistanı Liqası haqqında təəccüblü sözlər işlədib. Səudiyyə Ərəbistanı Pro Liqasının 2022-2023 mövsümündə Əl İttihad sona bir həftə qalmış çempionluğunu elan etdi. Kriştianu Ronaldonun formasını geyindiyi “Əl Nəsr” 29-cu həftədə səfərdə “Əl İttifad”la 1:1 hesablı heç-heçə edib, lider “Əl İttihad” isə “Əl Feiha”ya 3:0 hesabı ilə qalib gələrək xal fərqini 5-ə çatdırıb və çempionluğu rəqibinə uduzub. Yanvar ayında möhtəşəm bir mərasimlə "Əl Nəsr" komandasına imza atan portuqaliyalı ulduz Ronaldo 16 liqa oyununda 14 qol vurub, iki dəfə Kral Kubokunda, bir dəfə isə Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizə aparıb.“Düşünürəm ki, onlar istədiklərini davam etdirsələr, düşünürəm ki, Səudiyyə Ərəbistanı liqası yaxın 5 ildə dünyanın ən yaxşı 5 liqasından birinə çevrilə bilər”, - deyə 37 yaşlı futbolçu bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.